Ermənistan prezidenti Serj Sarkisyan Rusiya əleyhinə bəyanat verib. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, S. Sarkisyan Rusiyanın Azərbaycana silah satmasından narahat olduqlarını bildirib.
“Problem ondadır ki, sərhəddə dayanan erməni əsgəri onu məhz Rusiya silahı ilə məhv etmək cəhdlərinin olduğunu anlayır. Bu, problemdir və həll edilməlidir”, - deyə o vurğulayıb. Qeyd edək ki, Azərbaycan silah idxalının 85 faizi Rusiyanın payına düşür.