ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni prezident Barak Obamanı sərt tənqidə məruz qoyub, onu ABŞ tarixinin ən pis prezidenti adlandırıb.
ANS PRESS-in məlumatına görə, o, "Playboy" jurnalına müsahibəsində deyib ki, Obama və baş prokuror Erik Xolder "irqi kart" oynayırlar və opponentlərini ittiham edərək, insanları dərinin rənginə görə hücumlara məruz qoyurlar. Bu, həqiqətə uyğun deyil. Onlar səriştəsiz hərəkətləri ilə, irqiseçkiliyə görə tənqidə layiqdirlər.D.Çeyni həmçinin Ferqyusondakı hadisələrə Obama Administrasiyasının reaksiyasını sərt tənqid edib: "Polisin silahsız qaradərili yeniyetməni vurması qarışıqlıqlara gətirib çıxardı. Ölüm həmişə faciədir, amma polis özünümüdafiə çərçivəsində düzgün hərəkət edir."
Xatırladaq ki, dörd respublikaçı prezidentin administrasiyasında işləyən Dik Çeyni 1989-1993-cü ildə müdafiə naziri, 2001-2009-cu illərdə vitse-prezident vəzifəsini tutub. O, Barak Obama siyasətinin ardıcıl tənqidçisi kimi tanınır.