Kolumbiya polisi 8 ton kokain müsadirə edib

Kolumbiya polisi 8 ton kokain müsadirə edib backend

Kolumbiya polisi Panama ilə sərhəddə keçirdiyi əməliyyat nəticəsində 8 ton kokain müsadirə edib.

Hökumətin məlumatına əsasən, bu, bir neçə il ərzində müsadirə olunmuş ən böyük miqdarda narkotik vasitədir.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, polis kokain yükünü banan plantasiyasında aşkarlayıb. Cinayətkarlar narkotik vasitələri Mərkəzi Amerika ölkələrindən keçirərək ABŞ-a aparmağı planlaşdırırmış. Kokain “Klan Usuqa” qruplaşmasının başçılarından birinə məxsus yeraltı anbarda tapılıb. Əməliyyat nəticəsində, həmçinin əvvəllər axtarışda olan 3 nəfər həbs edilib.

Kolumbiyanın müdafiə naziri Luis Karlos Vileqas müsadirə olunan narkotikin ABŞ-da qiymətinin təxminən 250 milyon dollar təşkil etdiyini deyib.