Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Eurovision – 2016” Mahnı Müsabiqəsinin qalibi, ukraynalı iştirakçı Camalanı təbrik edib. Virtualaz.org Türkiyə KİV-nə istinadən bildirir ki, Ərdoğan ukraynalı iştirakçıya zəng edərək krım tatarlarının faciəsini anladan mahnı ilə qalibiyyət qazanan Camalaya gələcək sənət işlərində uğurlar arzulayıb.
Camala Türkiyə prezidentinin zəngini və diqqətini yüksək qiymətləndirib, ona təşəkkür edib.
Qeyd edək ki, yarışmada Camala Krım tatarlarının deportasiyasına həsr olunmuş “1944” mahnısını ifa edərək, 534 xalla birincilik əldə edib.
Onu da qeyd edək ki, ifaçı mahnının nəqarətini krım türkcəsində səsləndirmişdi.



