2019-cu ilin sonuna qədər Türkiyə yeni TURKSAT 6A peykini orbitə buraxacaq. Bu barədə Trend-ə Türkiyənin Elm, Sənaye və Texnologiya İşləri üzrə Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd ediblər ki, Türkiyənin orbitə yeni peyk buraxması ilə bağlı heç bir maliyyə problemi yoxdur.Türkiyənin ilk kəşfiyyat peyki RASAT 2011-ci ildə orbitə buraxılıb.
2012-ci il dekabrın 18-də isə hazırda müdafiə məqsədləri üçün istifadə olunan ikinci peyki - Göktürk-2 orbitə buraxılıb.



