Ali Məhkəmə sədri istefa verdi

Ali Məhkəmə sədri istefa verdi backend

Çeçenistan Ali Məhkəməsinin sədri Məhəmməd Karatayev istefa verib. Məlumatı “Qroznı” telekanalı yayıb.

“Başçının (Çeçenistan rəhbəri) istefaya getmək təklifini qəbul edirəm, onun və çeçen xalqının qarşısında üzr istəyirəm”, - Ali Məhkəmə sədri bildirib.

Məhəmməd Karatayev onu da deyib ki, rayon məhkəmələrinin hakimləri tərəfindən buraxılan ciddi səhvlərə görə məsuliyyəti öz üzərinə götürür və Ramzan Kadırovun ona qarşı iddialarını əsaslı hesab edir.