Yəməndə terrorçu-kamikadze özünü partladıb, 41 nəfər ölüb, 60 nəfər yaralanıb

Yəməndə terrorçu-kamikadze özünü partladıb, 41 nəfər ölüb, 60 nəfər yaralanıb backend

Yəmənin əl-Mukalla şəhərində polis məntəqəsi yaxınlığında terrorçu-kamikadze özünü partladıb.

Qaziler.az bildirir ki, APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 41 nəfər ölüb, 60 nəfər yaralanıb.

Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.