ABŞ-ın Alyaska ştatında 5,4 bal gücündə zəlzələ baş verib.
Qaziler.az bildirir ki, "Report"un məlumatına görə, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.Məlumata görə, yeraltı təkanların episentri 100 kilometr şimalda qeydə alınıb.
Zəlzələ ocağı 131 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və sunami təhlükəsi haqda məlumat verilmir.
Xatırladaq ki, Alyaskada 1964-cü ilin martında baş vermiş 9,2 bal gücündə zəlzələ nəticəsində 125 nəfər ölüb.



