BMT 8 dövləti səsvermə hüququndan məhrum edib. "İnterfaks"ın verdiyi məlumata əsasən, buna səbəb həmin ölkələrin üzvlük haqqını ödəməməsidir.
BMT-nin Nizamnaməsinə əsasən, borc əvvəlki iki ilin ödəniş məbləğinə bərabər və ya artıqdırsa, ölkə səsvermə hüququndan məhrum edilir.Bununla da Yəmən, Qırğızıstan, Marşal adaları, Makedoniya, Ruanda, Qrenada, Tonqo və Vanuatu səsvermə hüquqlarını itiriblər. Yəməmin borcu 70 min dollar, Ruandanınkı isə 7,6 min dollardır.