Bosniya müharibəsi zamanı Srebrenisa şəhərində törədilən soyqırım cinayətində şübhəli bilinən 8 nəfər həbs olunub. Serbiya rəhbərliyi ilk dəfədir ki, Srebrenisa soyqırımı ilə əlaqədar məhkəmə işi başladıb.
Prokurorluq müharibə cinayətində şübhəli bilinən şəxslərin həbs olumasına qərar verib. Daha bir neçə nəfər isə axtarışa verilib.1195-ci ildə baş verən qətliamda serblər 8 mindən çox insan öldürmüşdülər ki, onların 1000-dən çoxu bosniyalı müsəlmanlar idi.
Avropa Srebrenisa soyqırımını ikinci dünya müharibəsindən sonra qitədə baş vermiş ən dəhşətli zorakılıq kimi dəyərləndirir.