BMT-nin Təhlükəsizlik Şurası Tunisdə muzeyə hücumu pisləyən bəyanat yayıb. Bəyanatda bildirilir ki, heç bir terrorçu hərəkəti ölkənin demokratiya yolunu əngəlləyə bilməz.
Tunis prezidenti Beji Said Essebsi televiziya ilə xalqa müraciətində deyib ki, ölkə terrora qarşı müharibə aparır.ABŞ dövlət katibi Con Kerri və Avropa ölkələrinin bir çox dövlət başçısı da hücumu pisləyib. Kerri vurğulayıb ki, Vaşinqton hökumətin təhlükəsiz, firavan və demokratik Tunisi inkişaf etdirmək cəhdlərini dəstəkləyir.
Xatırladaq ki, martın 18-də Tunisin mərkəzindəki Bardo muzeyinə silahlı hücum olub, 17 turist və 2 tunisli öldürülüb. Təhlükəsizlik qüvvələri muzeydəki girovları xilasetmə əməliyyatında iki yaraqlını məhv edib, iki yaraqlı isə qaçıb.