Son iki ildə 4 beynəlxalq təşkilat antiazərbaycan təbliğatı aparmaq üçün müxtəlif xarici donorlardan 25 milyon avro qrant alıb.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə hüquq müdafiəçisi Sahib Məmmədov bildirib.Hüquq müdafiəçisi deyib ki, həmin təşkilatlar Çexiyanın "PIN" təşkilatı, Norveç İnsan Hüquqları İnstitutu, Polşanın Helsinki İnsan Hüquqları Fondu və "Front Line" təşkilatıdır.
O qeyd edib ki, bu təşkilatlar Azərbaycana qarşı təbliğat aparmaq üçün bu qrantı alıblar.



