120 yaşlı həştərxanlı qadın dünyanın ən yaşlı adamıdır.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Həştərxan vilayətinin sakini olan Tənzilə Bisembeyeva 1896-cı il, martın 14-də anadan olub.Bisembeyevanın üç oğlu, 10 nəvəsi, 24 nəticəsi, 2 kötükcəsi var. Onun birinci əri İkinci Dünya Müharibəsində həlak olmuş, onların övladı körpəykən ölmüş, qadın növbəti dəfə ərə getmişdir. O, ikinci evlilikdə 53, 54, 57 yaşında övlad dünyaya gətirmişdir.



