Martın 19-a keçən gecə İndoneziyanın Qərbi Papua əyalətinin şərq sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
RİA Novosti agentliyinin verdiyi xəbərə görə, yeraltı təkanların episentri Supiori adasından 148 km cənub-qərbdə, ocağı isə 18 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir. İndoneziyanın Milli meteorologiya və geofizika İdarəsi sunami təhlükəsinin olmadığını bildirib.