İstanbulda hərbi hissənin yanında partlayış olub, 6 hərbçi yaralanıb

İstanbulda hərbi hissənin yanında partlayış olub, 6 hərbçi yaralanıb backend

Bu gün İstanbulda partlayış törədilib.

Qaziler.az bildirir ki, APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə Sancaktəpə rayonunda baş verib.

Osmanqazi prospektində yerləşən hərbi hissənin yaxınlığındakı minik avtomobili partladılıb. Partlayış hərbçilərin olduğu xidməti maşın keçərkən törədilib. İlkin məlumata görə, maşında olan 6 nəfər yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.