Bu ilin payızında Gürcüstanda NATO-nun iştirakı ilə genişmiqyaslı təlimlər keçiriləcək. Axar.az xəbər verir ki, bunu “İmedi” televiziyasına açıqlamasında Gürcüstanın Müdafiə naziri Tina Xidaşeli söyləyib. NATO-Gürcüstan təlimlərinin adı “Çevik ruh” olacaq.
Qeyd edək ki, dünən Gürcüstan-ABŞ hərbi təlimi başlayıb. Təlim “Layiqli tərəfdaş” adlanır. Təlimlərdə britaniyalı hərbçilər də iştirak edir.
1300 nəfərin qatıldığı hərbi təlim mayın 26-na qədər davam edəcək.



