ŞOK: BMT forumuna gələn afrikalılarda MALYARİYA aşkarlandı

ŞOK: BMT forumuna gələn afrikalılarda MALYARİYA aşkarlandı backend

“Bu il Bakıda keçirilən Beynəlxalq Sivilizasiyalararası Dialoq Forumunda iştirak edən Afrika vətəndaşında malyariya xəstəliyi aşkar edilib. Bu da Azərbaycanda malyariya ilk yoluxma halıdır”. Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva jurnalistlərə açıqlamasında deyib. A. Əliyevanın sözlərinə görə, həmin şəxs dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Həmin şəxs artıq müalicəsini başa çatdıraraq vətəninə qayıdıb.

2013-cü ildən bəri respublikada malyariyaya yoluxma halının qeydə alınmadığını deyən direktor müavini qeyd edib ki, ölkədə bu xəstəliklə bağlı yerli yayılma halları yoxdur: “Lakin hər il Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə tropik ölkələrdən, xüsusilə Afrikadan gələn şəxslərdə bir-iki belə hal qeydə alınır. Tədbirlərlə əlaqədar Bakıya gələn vətəndaşlarda hər hansı bir xəstəlik qeydə alınarsa, onlar ciddi nəzarətə götürülərək müalicə olunur. Vətənə qayıtdıqdan sonra da onların müalicəsi davam etdirilir”.