Cənubi Afrika Respublikası və Mavriki sahillərində “Malaysia Airlines” şirkətinə məxsus, 2014-cü ilin martında itkin düşmüş “Boeing 777” təyyarəsinin yeni qalıqları tapılıb. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Malayziya hökuməti bəyan edib.
Bundan əvvəl təyyarənin qalıqları Fransanın Reyuniyon adası və Mozambik sahillərində tapılıb. Beləliklə, tapılan fraqmentlərin sayı 5-ə çatıb.Hazırda “Fugro Discovery”, “Fugro Equator” və “Dong Hai Jiu” 101 gəmiləri itkin düşmüş təyyarənin axtarışlarını davam etdirir.
Xatırladaq ki, 2014-cü il, martın 8-də “Malaysia Airlines” şirkətinə məxsus Kuala-Lumpur-Pekin marşrutu üzrə hərəkət edən "Boeing-777" sərnişin təyyarəsi Hind okeanı üzərində yoxa çıxıb. Təyyarənin göyərtəsində 227 sərnişin və 12 heyət üzvü olub.



