Poroşenkoya sui-qəsd cəhdi – Vertolyotdan atəş

Poroşenkoya sui-qəsd cəhdi – Vertolyotdan atəş backend

Kiyev vilayətinin Kozin qəsəbəsində Ukrayna Prezidenti Pyotr Poroşenkonun malikanəsinin ətrafı vertolyotdan atəşə tutulub. Axar.az xəbər verir ki, bu haqda məlumatı TCH yayıb.

Şahidlərin sözlərinə görə, malikanənin üzərindən uçan vertolyot ətrafa mərmilər saçıb.

Mühafizəçi iddia edir ki, mərmi səslərindən sonra vertolyotu görüb. O, 20 saniyə ətrafa güllələr yağdıraraq gözdən itib.