Ukrayna Xarici İşlər Naziri Pavel Klimkin “Normand dördlüyü”nün XİN rəhbərləri ilə görüşə hazırdır. Axar.az RİA-ya istinadən xəbər verir ki, bu haqda məlumatı nazir özü verib. Onun sözlərinə görə, o, Berlinə yola düşür və görüşə hazırdır:
“XİN rəhbərləri ilə görüşüb müzakirələr aparmağa hazıram, amma Donbasda azadlıq və təhlükəsizlik məsələləri ilə bağlı kompromis olmayacaq”.
Nazirin sözlərinə görə, Donbasda həqiqi seçkilər keçirilməlidir, “növbəti komediya” yox.
Xatırladaq ki, bu gün Rusiya, Ukrayna, Almaniya və Fransa XİN rəhbərlərinin “Normand dördlüyü” çərçivəsində görüşü keçiriləcək.



