Rusiyada Təbliğat Nazirliyi yaradılmalıdır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Liberal Demokrat Partiyasından olan deputat Vadim Denqin söyləyib.
Onun sözlərinə görə, bu nazirlik Rusiya KİV-lərini izləyən kütləni nəzarət altında saxlamalıdır.
Deputat Rusiyada televiziyaların hazırda daha çox əyləncəli proqramlar verərək, insanların diqqətini yayındırdıqlarını bildirib.



