Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın qızının həftəsonunda baş tutacaq toyuna 6 min qonaq dəvət edilib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, Sümeyyə Ərdoğan ilə işadamı Özdemir Bayraktarın mayın 14-də nəzərdə tutulan toyunun dəvətnamələri də ortaya çıxıb.
Cütlüyün nikah şahidləri sırasında Türkiyənin baş naziri Əhməd Davudoğlu da var.



