Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 42 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, bu barədə Diyarbəkir valisi administrasiyasının məlumatında bildirilir.“Diyarbəkirin Bağlar rayonunda saxlanılan PKK terrorçularını həkim müayinəsinə aparan mikroavtobusun yaxınlığında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 12-si polis və 33-ü mülki şəxs olmaqla 45 nəfər yaralanıb, onlardan üçü sonradan xəstəxanada keçinib”, - deyə məlumatda bildirilir.
Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.



