Türkiyənin Diyarbəkir vilayətində minalanmış avtomobilin partlaması nəticəsində 15 polis əməkdaşı yaralanıb.
Qaziler.az-ın məlumatına görə, Trend "Milliyyət" qəzetinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, hadisənin arxasında PKK terror təşkilatı dayanır.Xatırladaq ki, bu gün Türkiyənin Mardin vilayətində naməlum şəxslər hərbi karvana hücum ediblər. Silahlı hücum nəticəsində 5 hərbi qulluqçu xəsarət alıb.



