Aleksanyan unun qiymətini qaldırdı

Aleksanyan unun qiymətini qaldırdı backend

Ermənistanda unun qiyməti qalxıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb. Qəzet unun qiymətinin qalxmasında deputat Samvel Aleksanyanın böyük rol oynadığını bildirib. Artım Qarabağdakı ermənilərə yardımdan sonra müşahidə edilib:


“Aleksanyan mayın 2-dən un kisəsinin dəyərini 1 dollar bahalaşdırıb. Görünür, Qarabağdakı ermənilərə köməkdən sonra Aleksanyan bizim cibimiz hesabına öz zərərini qapatmaq istəyir. Artıq 15 ildir ki, məhz Aleksanyana məxsus şirkət Ermənistanda un qiymətlərini diktə edir. Bu ilin əvvəlində ölkədə 50 kiloqramlıq un kisəsinin qiyməti 29,2 dollar idi. Rusiyadan ölkəyə un idxal olunandan sonra bu qiymət 22 dollara düşdü. İndi Aleksanyan yenidən qiyməti 1 dollar bahalaşdırıb. İş adamı artıq digər şirkətlərə də bu artıma əməl etmələrini tapşırıb”.

Qeyd edək ki, Samvel Aleksanyan Lfik Samo ləqəbi ilə məşhurdur. Bir zamanlar eks-prezident Robert Köçəryanın adamı kimi tanınan iş adamı sonradan Serj Sərkisyanın tərəfinə keçib. O, Ermənistanın buğda, un, qənd və quş idxalını nəzarətdə saxlayır. Aleksanyan həmçinin ölkəyə idxal olunan dərman bazarının 50%-nə nəzarət edir.