Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sələfi Abdullah Gülü qızı Süməyya Ərdoğanın toyuna dəvət edib. Axar.az xəbər verir ki, toy mərasimi mayın 14-də İstanbulda keçiriləcək. Xatırladaq ki, 31 yaşlı Süməyya yerli Pilotsuz Uçan Aparat istehsal edən “Baykar Makina”nın sahibi Özdəmir Bayraqdarın oğlu Səlcuq ilə nişanlanıb.
Səlcuq Bayraqdar elektron mühəndisliyini bitirib. Daha sonra ABŞ-a gedən Səlcuq Pensilvaniya Universitetində pilotsuz uçan aparat ixtisası üzrə magistr oxuyub, Massaçusets Texnologiya İnstitutunda (MİT) isə robot texnikası nəzarət sistemləri mövzusunda doktorluq müdafiə edib.



