Suriya lideri Bəşər Əsədin tərəfdarı olan haker Almaniya tərəfindən yaxalanaraq ABŞ-a təhvil verilib. İKT.lent.az-ın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Piter Romar adlı 38 yaşlı suriyalı Bəşər Əsədin ordusunun “Electronic” adlı haker dəstəsinin üzvüdür. O, ABŞ-da məhkəmə önündə dayanacaq.P. Romarın konkret hansı əməldə ittiham olunduğu hələlik məlum deyil.



