b>Bu gün Moskvada Qələbə paradı başa çatdıqdan sonra 500 minə yaxın adam Böyük Vətən Müharibəsində iştirak etmiş ata-babalarının rəsmlərini əllərində tutaraq, "Ölməz alay" yürüşündə iştirak edib.
Virtualaz.org "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, yürüşə əlində hərbi əməliyyatlarda iştirak etmiş atasının rəsmini tutmuş Rusiya prezidenti Vladimir Putin başçılıq edib."Ölməz alay" aksiyası Rusiyanın, demək olar ki, bütün şəhərlərində və bir sıra xarici dövlətlərdə təşkil olunub. Ümumilikdə, bu tədbirlərdə 1 milyondan çox insan iştirak edib.



