İraqda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 40 nəfər yaralanıb

İraqda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 40 nəfər yaralanıb backend

İraqın şərqindəki Baakuba şəhərində avtomobil partlayıb.

Qaziler.az bildirir ki, APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 12 nəfər ölüb, 40 nəfər yaralanıb.

İlkin ehtimala əsasən, terrorçu-kamikadze maşındakı partlayıcı qurğunu işə salıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.