NATO Rusiyanı mühasirəyə alır

NATO Rusiyanı mühasirəyə alır backend

NATO döyüş gəmilərini Rusiya sərhədinə göndərir. Axar.az xəbər verir ki, Estoniya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, İspaniya və Böyük Britaniyaya məxsus gəmilər mayın 12-də Tallinə gələcək.

Nazirlik gəmilərin mayın 15-nə qədər Tallində qalacağını və Estoniyada baş tutan "Bahar fırtınası" təlimlərində iştirak edəcəyini bildirib.

Mayın 2-də başlayan təlimlərə 6 minə yaxın hərbçi, o cümlədən NATO qüvvələri qoşulub. Təlimlər mayın 19-da başa çatacaq.

Qeyd edək ki, NATO hazırda Moldova və Gürcüstanda da hərbi təlimlər keçirir.