ABŞ-da keçirilən "Powerball" lotoreyasında 429 milyon dollar məbləğində cekpot oynanılıb.
Qaziler.az bildirir ki, "Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, hələ ki, qalibin bileti Nyu-Cersidə aldığı məlumdur.Qeyd olunur ki, bu, tarixdə oynanılan 9-cu cekpotdur.
Cekpotu 292 milyon nəfərdən 1-nin udmaq şansı olub. Statistikaya əsasən, ABŞ vətəndaşlarının ölkə prezidenti olmaq şansları bu lotoreyanı udmaq şansından 25 dəfə çoxdur.
"Powerball" lotoreyası 44 ştatda, həmçinin Vaşinqtonda, Puerto-Rikoda və Virciniya adalarında oynanılır.



