Moskvada Böyük Vətən müharibəsində qələbənin 71-ci ildönümü münasibətilə təşkil olunacaq hərbi paradın ilk məşqi keçirilib.
Lent.az-ın ria.ru-a istinadən məlumatına görə, məşqdə 10 min hərbçi, 135 döyüş maşını, 100-dən çox uçuş aparatı iştirak edib.Mərasim üçün son məşq Qızıl meydanda yerli vaxtla saat 10:00-da başlayıb.
Yürüşə Quru Qoşunları komandanı, general-polkovnik Oleq Salyukov komandanlıq edib, müdafiə naziri Sergey Şoyqu isə məşqi qəbul edib.



