Pakistanlı Sadik Xan London meri olmağa çox yaxındır

Pakistanlı Sadik Xan London meri olmağa çox yaxındır backend

Böyük Britaniyanın Leyboristlər Partiyasının Pakistan əsilli namizədi Sadik Xan London meri vəzifəsinə keçirilən seçkilərdə səslərin 45 faizini qazanmaqla liderlik edir.

Qaziler.az bildirir ki, bu barədə Trend TASS-a istinadən xəbər verir.

Son məlunatlara əsasən, seçkilərdə bülletenlərin artıq 60 faizi sayılıb. Nəticələrə görə, S.Xanın Mühafizəkarlar Partiyasından əsas rəqibi Zak Qoldsmit 35 faiz səs yığa bilib. Ekspertlərin fikrincə, əldə edilən 10 faiz üstünlük S.Xanı mer vəzifəsinə əsas lider edir.

Qələbə nəticəsində son 8 il ərzində Leyboristlər Partiyası ilk dəfə öz namizədini belə yüksək vəzifəyə irəli çəkə biləcək.

Bundan başqa, S.Xan London meri vəzifəsində ilk müsəlman olacaq.