Türkiyənin Kilis şəhərinə axşam saatlarında 4 raket mərmisi düşüb.
Qaziler.az bildirir ki, Trend-in verdiyi məlumata səasən, hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb.Qeyd olunur ki, daha öncə səhər və axşam saatlarında şəhərə bir neçə mərmi düşüb, və bunun nəticəsi olaraq bir neçə nəfər yaralanıb.
Türkiyə Silahlı Qüvvələri cavab olaraq İŞİD-in Suriyadakı mövqelərinə zərbələr endirib. Nəticədə terror qruplaşmasının 20 üzvü məhv edilib.



