Polşa sovet dövründən qalan abidələr üçün müzey yaradır

Polşa sovet dövründən qalan abidələr üçün müzey yaradır backend

Polşanın Milli Yaddaş İnstitutu ölkədə sovet dövründən yadigar qalan bütün abidələrin yeni muzeyini yaratmaq niyyətindədir. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Qaziler.az bildirir ki, bu barədə Trend TASS-a istinadən xəbər verir.

Planlara əsasən, açıq səma altında muzey ya ölkənin şərqində yerləşən Çervonı-Bur, ya da şimaldakı Borne-Sulinovo şəhərlərində təşkil oluna bilər.

Sovet dövründən qalan abidələrin köçürülməsi zamanı tarix-təhsil mərkəzi yaradılacaq. İnstitutun nümayəndəsi Anjey Zavistovskiy bildirib ki, söhbət turistik və ya incəsənət qalereyasından getmir: "Burada Qızıl Ordu və kommunizmlə əlaqəli abidələr cəmləşəcək və ciddi tarix-təhsil mərkəzi yaradılacaq".

Xatırladaq ki, aprelin sonunda Polşa parlamenti kommunizmin təbliğatına qadağa qoyan yeni qanun qəbul edib. Qanuna əsasən, ictimai yerlərdən sovet dövrünə aid bütün obyekt və abidələr götürülməlidir.