Rusiya da daxil olmaqla, inkişaf etmiş ölkələrdə dövlətə aid şirkətlərin yüksək həcmdə borcları bu ölkələrin suveren reytinqlərinin aşağı salınmasına və ümumiyyətlə, iflas etməsinə gətirib çıxara bilər.
Qaziler.az-ın "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı "S&P" beynəlxalq reytinq agentliyi yayıb. Hesabatda bildirilib ki, bir çox inkişaf etməkdə olan ölkə öz dövlət şirkətlərinin borcu üzündən büdcə riskləri ilə üzləşə bilər.Agentlik həmçinin qeyd edib ki, 2020-ci ilə qədər inkişaf etməkdə olan ölkələrin dövlət şirkətləri istiqrazlar üzrə 180 mlrd. dollar borc ödəməlidirlər. Həmçinin hesabatda bu şirkətlərin 2026-cı ilə qədər məcmu borclarının 435 mlrd. dollar olduğu bildirilib. Beynəlxalq Valyuta Fondu neft qiymətlərinin kəskin azalması fonunda inkişaf etməkdə olan ölkələrin dövlət şirkətlərinin borclarının daha da artacağını xatırladıb.
"S&P"ə görə, bu ölkələr arasında Rusiyanın "Qazprom" şirkətinin də yer aldığı ilk 5 ən borclu şirkətin öhdəliklərinin məcmu borclarda xüsusi çəkisi 25% təşkil edir.
Qeyd edək ki, Azərbaycanın dövlət şirkətlərinin və hökumətin birbaşa öhdəliklərinin 2016-cı il yanvarın 1-nə borcu 7 mlrd. dollara yaxın olub.



