Az əvvəl Ankarada hakim Ədalət və İnkişaf Partiyasının Mərkəzi İdarə Heyətinin iclası başa çatıb. Türkiyə KİV-ləri xəbər verir ki, iclas qısa sürüb, cmi 35 dəqiqə davam edib. İclasda baş nazir Əhməd Davuoğlunun istefas və AKP-nin növbədənkənar qurultayının keçirilməsinin tarixi barədə qərar verilib. Növbədənkənar qurultay mayın 22-nə təyin olunub.
Yaxın dəqiqələrdə Davudoğlu jurnalistlər qarşısında bəyanatla çıxış edəcək və istefasını açıqlayacaq. Gözlənilir ki, o, AKP-nin növbədənkənar qurultayında yenidən partiya başqanlığına namizədliyini irəli sürməyəcəyini elan edəcək. Davudoğlu AKP daxilində Ərdoğan tərəfdarlarının təzyiqləri ilə istefa verir fəaliyyətini sıravi deputat kimi davam etdirəcəyi gözlənilir. Bir müddətdir ki, onunla Ərdoğan arasında ziddiyyətlər yaranmışdı.Virtualaz.org



