Türkiyə vətəndaşlarına Avropa vizası sərbəstliyi

Türkiyə vətəndaşlarına Avropa vizası sərbəstliyi backend

Avropa Komissiyası Türkiyə vətəndaşlarına Avropa İttifaqının böyük hissəsinə vizasız gediş-gəliş qaydalarını rəsmən dəstəkləyib. Komissiyanın vitse-prezidenti Frans Timmermans deyib ki, Türkiyə öncə bəzi mühüm tələblərə cavab verməldir. Ancaq o, Türkiyənin artıq bu yolda olduğunu da bildirib. Dəyişiklər iyul ayından qüvvəyə minəcək, ancaq öncə onların üzv ölkələrin çoxluğu və Avropa Parlamenti tərəfindən dəstəklənməsi lazım gələcək.

Türkiyədə insan haqlarının vəziyyəti Avropa Parlamentində dəfələrlə müzakirə olunub.
Yeni viza razılaşmasınən əvəzində Türkiyə Egey Dənizi vasitəsilə Yunanıstana keçən miqrantları qəbul etməlidir.