Bu ay Türkiyənin hakim partiyası AKP-nin qurultayı keçirilə bilər.
Qaziler.az bildirir ki, APA-nın “Hürriyet”-ə istinadən verdiyi məlumata görə, bu gün prezident Ərdoğanla görüşən baş nazir Əhməd Davudoğlunun bu barədə sabah açıqlama verəcəyi bildirilir.Partiyanın may ayında qurultaya gedəcəyi ifadə edilir. Kulislərdə baş nazir Əhməd Davudoğlunun namizəd olmayacağı danışılır.
Öz növbəsində, prezident administrasiyasındakı mənbələr görüşün adi olduğunu və bu barədə şərh verilməyəcəyini bildiriblər.



