Çeçenistan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı birlikləri Şimal qütbündə ekspedisiyalarını başa çatdırıb. Axar.az xəbər verir ki, ekspedisiya zamanı xüsusi təyinatlılar təyyarə vasitəsilə 2000 metr hündürlükdən 3 dəfə paraşütlə atılıblar.
İlk əməliyyat İL-76 təyyarəsi, digərləri isə Mİ-8 helikopteri ilə həyata keçirilib.
Təlim zamanı xüsusi təyinatlılar şərti düşmənin düşərgəsini müəyyənləşdirərək, məhv ediblər.
Çeçen xüsusi təyinatlılarının ekspedisiyası 1 həftə nəzərdə tutulsa da, 3 həftəyə qədər davam edib.



