Saakaşvilinin Prezident kitabxanasının vəkili döyülüb

Saakaşvilinin Prezident kitabxanasının vəkili döyülüb backend

Saakaşvilinin Prezident kitabxanasının vəkili naməlum şəxslər tərəfindən döyülüb.


Qaziler.az saytının Gürcüstan mətbuatına istinadən bildirdiyinə görə Saakaşvilinin Prezident kitabxanasının vəkili naməlum şəxslər tərəfindən döyülüb. Bu barədə Prezident kitabxanasında martın 18 –də keçirilən brifinqdə bildirilib. Qeyd olunub ki, kitabxananın yuridik maraqlarını qoruyan “ BGI Legal ” kompaniyası müvafiq iddia ilə məhkəməyə müraciət edib.

Məlumatda bildirilir ki, naməlum şəxslər martın 16 – da vəkilə hücum edərək ona qarşı fiziki güc işlədiblər.

“Martın 16 –da gecə onun yarısında naməlum şəxslər evin girişində heç bir səbəb olmadan hüquqşünas, vəkil David Kakoişviliyə hücum edərək ona fiziki güc tətbiq ediblər. David qanuna riayət edən, konfliktsiz, mülayim və düzgün adamdır. Hüquq mühafizə orqanlarından xahiş edirik ki, bu cinayət əməlini vaxtında və effektli araşdıraraq cinayətkarların cəzalanması üçün bütün lazımi addımları atsınlar “ – deyə Prezident kitabxanasından bildiriblər.
Diaspora