Mənim karyeram yeni soyuq müharibənin qarşısını almaq cəhdləri ilə başa çatır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə NATO-nun Avropadakı qoşunlarının rəhbəri Filip Bridlav söyləyib. O, vida nitqində 30 il bundan öncə karyerasını SSRİ-yə qarşı soyuq müharibənin aparılması ilə başladığını bildirib.
Qeyd edək ki, Bridlavı vəzifəsində Kurtis Skaparotti əvəz edib. Bridlav Şərqi Avropada Rusiyaya qarşı NATO bazalarının yerləşdirilməsinin əsas müəlliflərindən biri hesab edilir.



