ABŞ dünyada jurnalistlərin hazırlanmasına əlavə olaraq daha 2,5 mln dollar ayıracaq. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.
“Biz bütün dünyada 750-dən çox jurnalistə təlim keçdik və daha çox jurnalistə təlim keçmək üçün cari ildə maliyyələşdirilməni daha 2,5 mln dollar artırmağı qərara aldıq”, - deyə Kerri Vaşinqtonda açıqlamasında bildirib.Onun sözlərinə görə, ABŞ 30-dan çox ölkədə müstəqil KİV-lərə dəstək verir.
Kerri bəyanatını Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə verib.



