İspaniya məhkəməsi Putinin yaxın adamının həbsinə order verdi

İspaniya məhkəməsi Putinin yaxın adamının həbsinə order verdi backend

İspaniyanın Milli məhkəmə kollegiyası mafiya ilə əlaqəli olan bir neçə Rusiya vətəndaşını barəsində beynəlxalq həbs orderi verib. Virtualaz.org xəbər verir ki, bu haqda “El Mundo” qəzeti yazır. Həbs orderi verilənlər arasında prezident Vladimir Putinin yaxın adamı hesab olunan deputat da var. Həbs qərarları “rus mafiyası”nın işi çərçivəsində verilib.


2008-ci ildə İspaniya polisi ruslardan və digər MDB respublikalarının vətəndaşlarından ibarət “Tambovsk” və “Malışevsk” kriminal qruplaşmalarına qarşı əməliyyat keçirib. Bunlar kriminal avtoritetlər Gennadi Petrovun və Aleksandr Malışevin başçılıq etdiyi kriminal qruplaşmalardır. Təhqiqatlar nəticəsində məlum olub ki, bu qruplaşmaların Rusiya hakimiyyətində mühüm postlar tutan nüfuzlu şəxslərlə əlaqələri var. Əməliyyat zamanı hər iki kriminal avtoritet, habelə 20 mafioz həbs olunub.

Qəzet yazır ki, işi araşdıran hakim Xose de la Matın həbsinə order verdiyi şübhəlilərdən biri Rusiya Dövlət Dumasının deputatı, milyoner Vladislav Matusoviç Reznikdir. “O, Rusiyanın maliyyə və siyasi sistemində iri fiqurdur, Putinə yaxındır”-məqalədə deyilir.