Pentaqon şefi Ukraynaya gəlir

Pentaqon şefi Ukraynaya gəlir backend

ABŞ Müdafiə naziri Eşton Karter Ukraynaya səfər etmək niyyətindədir. Axar.az Avro Nyus-a istinadən xəbər verir ki, səfərin məqsədi iki dövlət arasındakı hərbi əməkdaşlığın istiqamətlərini genişləndirməkdir.


ABŞ mediasının yaydığı məlumata görə, Karter Avropaya ötən səfəri zamanı Ukraynaya baş çəkməyi də planlaşdırsa da, sonra öz planlarını dəyişib.

Karter sözügedən iddianı təsdiqləyib:

“Bəli, planlarımı dəyişməyə məcbur oldum. Lakin Ukraynaya səfər etməyi planlaşdırıram. Ukraynanın müdafiə naziri ilə çox əməkdaşlıq etmişəm. Tez bir zamanda görüşəcəyimizə ümid edirəm”.