Suriyadan Türkiyə ərazisi raket atəşinə tutulub

Suriyadan Türkiyə ərazisi raket atəşinə tutulub backend

Bu gün yerli vaxtla saat 19:10-da (Bakı vaxtı ilə 20:10-da) Türkiyənin Kilis şəhəri Suriya ərazisindən yenidən raket atəşinə tutulub.

Qaziler.az-ın məlumatına görə, Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki mərmi Kilis şəhərinin mərkəzinə düşüb.

Hadisə yerinə polis, xilasedicilər və tibbi yardım briqadaları cəlb edilib.

Ölən və yaralananlar barədə məlumat verilmir.