Fransız jurnalist İŞİD-ın düşərgəsinə daxil ola bilmiş və 3 ay ərzində terrorçuları gizli kamera ilə çəkmişdir.
Jurnalist Səid Rəmzi təxəllüsündən istifadə etmişdir. O, "İslam Dövləti" sıralarına sosial şəbəkə vasitəsilə qoşulmuşdur.Qaziler.az Lenta.ru-a istinadən bildirir ki, onun sözlərinə görə, düşərgədəkilərin demək olar ki hamısının çətinliklə dolu keçmişi olub. "Onlar məhv olmuş, yolunu azmış, intihara meylli, tez təsir altına düşə bilən gənc insanlardır".



