NATO qırıcıları Baltik dənizi üzərində Rusiya təyyarələrinin müşayiəti üçün bu həftə beş dəfə havaya qalxıblar.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Litva Müdafiə Nazirliyi yayıb.Nazirlik pozuntuların daha çox Kalininqrad istiqamətindən həyata keçirildiyini bildirib. Litva hava məkanını daha çox Su-27, İl-20, İl-18, İl-38 təyyarələri pozub.



