Hindistanın Telanqan ştatının Medak dairəsində elektrik məftilinin yük avtomobilinin üstünə düşməsi nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
QAZİLER.AZ-ın "Report"-a istinadən məlumatına görə, insident 20 nəfərdən çox sərnişin yük avtomobilində Nizamabad şəhərindən toydan qayıdarkən baş verib.Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Yaralıların 3-nün vəziyyəti ağırdır.



