Nyu-Yorkda müqəddəs Savva kafedral kilsəsində güclü yanğın baş verib. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə yanğınsönürən briqadalar cəlb olunub.
İnsidentin başvermə səbəbləri və zərərçəkənlər barədə məlumat verilmir.Nyu-Yorkun Manhetten bölgəsində yerləşən serb pravoslav kilsəsi XIX əsrin ortalarında inşa edilib.



